Milyarderin qızı finalda məğlublubiyyət acısı daddı - VİDEO

9 Sentyabr 2024 18:40 Tennis 1 181
Milyarderin qızı finalda məğlublubiyyət acısı daddı - VİDEO

Tennis üzrə ABŞ açıq çempionatının finalı baş tutub.

Sportinfo.az xəbər verir ki, titul matçında dünya reytinqində 6-cı olan Cessika Pequla dünyanın ikinci nömrəsi Arine Sabalenkaya uduzub ( 5:7, 5:7 ).

Bu, Pequlanın karyerasında ilk Böyük Dəbilqə finalı idi.

İnternetdə zarafatla yazırlar ki, Cessica böyük yarışın finalında məğlub olan milyarderqızı olub.

Onun atası, amerikalı iş adamı Terri Pequlanın sərvəti 7,7 milyard dollar qiymətləndirilir.

Peşəkar karyerası ərzində 30 yaşlı Pequla 14,304,673 dollar pul mükafatı qazanıb. O, US Open 2024-ün finalına yüksəldiyi üçün daha 1,8 milyon dollar alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM