Azərbaycan millisi Avropa çempionatının pley-offunda

9 Dekabr 2023 21:40 Tennis 274
Azərbaycan millisi Avropa çempionatının pley-offunda

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında pley-offa yüksəlib.

Sportinfo.az xəbər verir ki, yığma təsnifat mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq buna nail olub.

Ötən gün Norveçi üstələyən (4:1) badmintonçularımız bu dəfə İrlandiyanı 3:2 hesabı ilə məğlub ediblər.

Millimizin sabah keçiriləcək pley-off oyunundakı rəqibi Çexiya - Avstriya cütünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti