Azərbaycan yığması Şotlandiyaya uduzdu - Avropa çempionatının təsnifat mərhələsində

8 Dekabr 2023 00:20 Tennis 335
Azərbaycan yığması Şotlandiyaya uduzdu - Avropa çempionatının təsnifat mərhələsində

Azərbaycanın qadınlardan ibarət badminton millisi Avropa çempionatının təsnifat mərhələsinin ilk görüşündə Şotlandiyaya uduzub.

Sportinfo.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində büş tutan oyun rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyevanın heyətində yer aldığı yığmamız qrupda növbəti oyunlarını Estoniya və Slovakiyaya qarşı keçirəcək.

Reqlamentə əsasən, qrup qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti