Quluzadə Çinə yollandı

12 Noyabr 2023 00:00 Tennis 328
Quluzadə Çinə yollandı

Azərbaycanın istedadlı stolüstü tennisçisi Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxlaq toplanışda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, o, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq prosesi keçəcək.

Seçmə komandamızın üzvü ardınca noyabrın 28-dən dekabrın 3-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq yarışa qatılacaq.

Qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə mütəmadi olaraq beynəlxalq təlim-məşq toplanışlarına dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti