"WTT Youth Contender”də daha 4 medal qazandı - Azərbaycan stolüstü tennisçiləri

22 Sentyabr 2023 02:00 Tennis 347
"WTT Youth Contender”də daha 4 medal qazandı - Azərbaycan stolüstü tennisçiləri

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha 4 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova - Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.

Aylin Əsgərova - Hüseyn Eylazov və Zemfira Mikayılova - Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı 3-cü pillədə başa vurublar.

Stolüstü tennisçilərimiz daha öncə 5 bürünc medal qazanıblar. Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində qarşılaşdıqları 8 erməni idmançısı üzərində inamlı qələbələrə seviniblər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!