Azərbaycan Ermənistanı məğlub etdi, 3-cü qrupa yüksəldi - FOTO

29 İyul 2023 22:40 Tennis 885
Azərbaycan Ermənistanı məğlub etdi, 3-cü qrupa yüksəldi - FOTO

Monteneqroda "Davis Cup" turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub.

Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib.

Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib.

Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”