Həvəsin var? Elə isə Bakıda ilk dəfə... - VİDEO+FOTOREPORTAJ

2 Sentyabr 2017 18:00 Tennis 988
Həvəsin var? Elə isə Bakıda ilk dəfə... - VİDEO+FOTOREPORTAJ

Bakıda ilk dəfə həvəskarlar arasında “Araz Motors”un sponsorluğu ilə böyük tennis turniri keçirilib. Sportinfo.az “qafqazinfo” istinadən xəbər verir ki, təşkilatçılar turnirin ölkəmiz üçün böyük hadisə olduğunu bildiriblər.

Turnirdə iştirak edən Ağasəməd Səmədov 90-cı illərin ortalarında BP-nin belə turnir keçirdiyini söyləyib. O, "Ümid edirəm ki, tennis Azərbaycanda daha da populyar olacaq.

Bu cür turnirlərin keçirilməsini alqışlayır, təşkilatçılara və sponsorlara minnətdarlığımı bildirirəm. Xüsusilə turnirin keçirilməsinin ən böyük təşəbbüskarı “Azar Motors”un rəhbərinə də təşəkkür edirəm.", -deyə bildirib.

Gələcəkdə əcnəbi iştirakçıların da turnirə cəlb ediləcəyi vurğulanıb. Turnirin finalının sentyabrın 4-də keçiriləcəyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti