Yığmamız fəxri kürsünün ikinci pilləsində qərarlaşdı

30 Aprel 2023 10:40 Tennis 372
Yığmamız fəxri kürsünün ikinci pilləsində qərarlaşdı

Stolüstü tennis üzrə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin gümüş mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini 5-1, yarımfinalda ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyib.

Finalda isə Çexiya seçməsinə 1-5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar. Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti