Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu - FOTO

25 Sentyabr 2022 22:40 Tennis 1 188
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu - FOTO

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində “wtt youth contender Tbilisi ” turnirində bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.

11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.

Yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi