Azərbaycan xanım tennisçisi Tiflisdə yarımfinala yüksəldi

24 Sentyabr 2022 10:00 Tennis 419
Azərbaycan xanım tennisçisi Tiflisdə yarımfinala yüksəldi

Gürcüstanın paytaxtı Tiflis şəhərində yeniyetmələr arasında “WTT youth contender Tbilisi” turniri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın stolüstü tennisçisi Aylin Əsgərova bu turnirdə uğurla çıxış edir.

Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb.

Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. O, sabah finala vəsiqə uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.

Bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova isə 1/4 finalda mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"