Azərbaycanlının erməniyə qarşı bu hərəkəti alqışlarla qarşılandı - VİDEO

25 İyul 2017 18:12 Tennis 1 004
Azərbaycanlının erməniyə qarşı bu hərəkəti alqışlarla qarşılandı - VİDEO

Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı və erməni yarışmaçı arasında maraqlı hadisə baş verib. Sportinfo.az xəbər verir ki, yarışma qalibləri mükafatlandırılan zaman erməni və azərbaycanlı şagird ardıcıllıqla səhnəyə dəvət olunub.

Yarışmanın qaydalarına görə, hər şagird səhnəyə çıxarkən, öz ölkəsin bayrağını nümayiş etdirməlidir. Bütün yarışmaçılar kimi azərbaycanlı şagird də bayrağımızı nümayiş etdirib. Azərbaycanlı şagirdin ardınca isə erməni yarışmaçı səhnəyə dəvət olunub.

Azərbaycan 49-cu Beynəlxalq Kimya Olimpiadasında 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Sıralamaya əsasən azərbaycanlı və erməni yarışmaçı yanaşı dayanmalı olub.

Amma bir neçə saniyə keçməmiş azərbaycanlı şagird ermənini pərt edib. O, Azərbaycan və Ermənistan bayraqlarının yanaşı dayanmasına imkan verməyib və yerini dəyişib. Şagirdin bu addımı zalda böyük coşquya səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti