Azərbaycan tennisçisi erməniyə qalib gəldi, mərhələ adladı

20 Sentyabr 2022 00:20 Tennis 811
Azərbaycan tennisçisi erməniyə qalib gəldi, mərhələ adladı

Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tenniü üzrə “WTT Youth Contender Tbilisi” turnirinə start verilib.

Sportinfo.az xəbər verur ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur.

Əvvəlcə oğlanların mübarizəsi başlayıb.

Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.

17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb.

Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş