
Tennis üzrə Avstraliya Açıq çempionatının (Australian Open) qalibi Rafael Nadal oldu.
İspaniyalı ispan tennisçi finalda rusiyalı Daniil Medvedevlə üz-üzə gəlib.
Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.
Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.
Ən heyrətamiz bilirsiniz nədir?
Rafanın qazandığı uğura münasibəti: "21-ci qalibiyyət inanılmazdır, bunun nə demək olduğunu bilirəm, amma tarixin ən yaxşısı olub-olmamağım həqiqətən də məni maraqlandırmır".
Nadal peşəkar tennisdə 2001-ci ildə debüt edib. Təqdim etdiyimiz şəkillərdə dahi tennisçinin fenomenal karyerasına bir daha nəzər salın.
Natiq Muxtarlı