“Milan”ın və İtaliya yığmasının sabiq müdafiəçisi Paolo Maldini peşəkar tennisdə debüt edib. Sportinfo.az xəbər verir ki, Maldini Milanda keçirilən “Çellencer” turnirində qoşa yarışlarda qüvvəsini sınayıb.
Onun peşəkar tennisdə debütü uğurlu alınmayıb. Maldini məşqçisi Stefano Landoni ilə tandem təşkil edərək, beynəlxalq cütlüyə - Tomaş Bednark (Polşa) və Devid Pelə (Hollandiya) məğlub olublar - 1:6, 1:6. Qarşılaşma 42 dəqiqə davam edib.

