ABŞ-ın məşhur tennisçiləri Uilyams bacılarının ailəsində problem yaşanır. Sportinfo.az xəbər verir ki, Uilyams bacılarının 75 yaşlı atası Riçard Uilyams 38 yaşlı həyat yoldaşı Lakeyşeydən ayrılmaq istəyir. O, boşanmaq üçün məhkəməyə müraciət edib.
Riçard həyat yoldaşını alkoqollu içkilərə meyl salmaqda və oğurluqda ittiham edir. Ata Uilyams iddia edir ki, həyat yoldaşı onun imzasını saxtalaşdıraraq, pul və bəzi əmlakları zəbt edib.
Onlar 2010-cu ildən bir yerdədilər. Riçard bildirib ki, artıq 2016-cı ildən həyat yoldaşı ilə birgə yaşamır. Onların 5 yaşlı oğlan övladı da var. Uşaq Riçardla yaşayır. Riçardın həyat yoldaşı ittihamlara cavab vermək istəməyib.

