Yığmamız öz “səbət”ində pley-offa vəsiqə qazandı

19 İyun 2021 01:38 Tennis 630
Yığmamız öz “səbət”ində pley-offa vəsiqə qazandı

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Billie Jean King Cup” adlı Dünya Kubokunda iştirak edən qadınlardan ibarət tennis üzrə millimiz ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yığma komandamız Umayra Həşimova, Alina Hüseynova, Züleyxa Səfərova və Alina Qavrişlə təmsil olunub.

III qrupun F səbətində yer alan millimiz əvvəlcə Monteneqro və CAR millilərinə uduzsa da, dünən Namibiya yığmasına 3:0 qalib gəlib.

Bu, qadın millimizin ilk qələbəsi sayılır. Bununla da komandamız öz səbətində üçüncü olaraq pley-offa vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti