Amerikalı tennisçi Venus Uilyams bacısı Serenanın qız övladı olacağını açıqlayıb. Sportinfo.az xəbər verir ki, Venus Fransa açıq çempionatının ikinci turunda yaponiyalı Kurumi Naranı 2:0 hesabıyla məğlub etdiyi qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, xala olacağına görə həyəcanlı olduğunu deyib və söhbət əsnasında bacısının qız övladı dünyaya gətirəcəyini ağzından qaçırıb: “Bacımın qızı mənə “favorit xalam” deyəcək”.
Karyerası ərzində 23 çempionluğu olan Serena aprel ayında verdiyi açıqlamada 20 həftəlik hamilə olduğunu və bu mövsümkü turnirlərdə iştirak etməyəcəyini açıqlamışdı.

