Azərbaycanlı hücumçu Rusiyada bu klubla müqavilə imzaladı

13 İyul 2024 17:20 Sumqayıt 1 514
Azərbaycanlı hücumçu Rusiyada bu klubla müqavilə imzaladı

"Sumqayıt"ın futbolçusu Kamran Əliyev komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"la müqaviləsi başa çatan Azərbaycanın U-21 millisinin sabiq üzvünün yeni klubu da bəlli olub.

25 yaşlı hücumçu Rusiyada "SKA-Xabarovsk"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yayında Tula "Arsenal"ından "Sumqayıt"a keçən Kamran Əliyev 2021-2022 mövsümündə də "SKA-Xabarovsk" klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq