"Neftçi" ilə oyunda bizə başqa motivasiya lazım deyil”

5 Aprel 22:20 Sumqayıt 490
"Neftçi" ilə oyunda bizə başqa motivasiya lazım deyil”

Premyer Liqanın 29-cu turunda “Sumqayıt” “Neftçi”nin qonağı olacaq.

“Neftçi Arena”da olacaq oyuna diqqət böyükdür.

Axı bu rəqiblər arasındakı son matçlar kifayət qədər gərgin keçib.

Məsələn, Bakıda baş tutan son oyundan əvvəl “Neftçi” tərəfinin hazırladığı promo video “kimyaçılar”ın qələbə qazanmasında əla motivasiya olmuşdu.

Bunu komandanın baş məşqçisi Samir Abasov özü mətbuata açıqlamaşıdı.

Görəsən, bu dəfə “Sumqayıt”lı futbolçuları motivasiya edən nələr olacaq?

Sorğumuza cavab olaraq komandanın təcrübəli siması Elvin Bədəlov bunları dedi:

“Qarşılaşmanı 6 xallıq oyun aldandırmaq olar. Ondan sonra “Zirə” ilə matçımız var. Bu iki oyun çox vacibdir. Rəqib “Neftçi”dir. Bizdən üstündürlər. Əlimizdən gələni edib minimum 1 xalla geri qayıtmalıyıq.

Keçən oyunlarda olan hadisələrin təsirinin indiyə qədər qalacağına inamıram. Olanlar ötən oyunlarda qaldı. İndi rəqibin yeni baş məqşçisi var. “Neftçi” flaqmandır. Motivasiya istənilən halda olacaq. Amma olanlar geridə qaldı.

Məsələn, ikinci yeri tutmaq iddiası bizim üçün motivasiyadır. Bizə başaqa motivasiya lazım deyil”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU