COP29

"Qarabağ"a darmadağını çoxdan unutmuşuq"

25 Fevral 17:45 Sumqayıt 418
"Qarabağ"a darmadağını çoxdan unutmuşuq"

Hazırda Premyer Liqanın ən formada olan komandalarından biri “Sumqayıt”dır.

Ən azı nəticələri belə düşünməyə əsas verir.

Son 7 matçda məğlubiyyət tanımayan “kimyaçılar” hazırda 2-ci pillədə qərarlaşır.

Aktivində 36 xalı olan komandanı lider “Qarabağ”dan 15 xal ayırır.

23-cü tur bu iki kollektivin üz-üzə gəlməsi ilə yadda qalacaq.

Samir Abasovun yetirmələri sonuncu məğlubiyyətini də 7 tur əvvəl Ağdam təmsilçisindən alıb.

Özü də darmadağınla – 1:6.

Bu ağır məğlubiyyət “Sumqayıt”ın son 13 turda meydandan xalsız ayrıldığı yeganə qarşılaşma hesab olunur.

Görəsən, Premyer Liqanın hegemon komandası ilə matç öncəsi “Sumqayıt”lı futbolçularda növbəti darmadağın qorxusu yoxdur?

Sumqayıt təmsilçisinin təcrübəli simalarından hesab olunan vitse-kapitan Elvin Bədəlov sualımıza cavab olaraq Sportinfio.az-a açıqlamasında bunları dedi:

“Biz həmin oyunu çoxdan unutmuşuq və yenidən həmin məğlubiyyətə qayıtmaq istəmirik.

Buna görə kollektivdə heç bir narahatlıq yoxdur.

"Qarabağ"la oyunda ən yaxşısını etməyə çalışacağıq.

İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"