"Qarabağ"? – “Açığı, bizim üçün fərq etmir”

6 Dekabr 2023 19:20 Sumqayıt 2 475
"Qarabağ"? – “Açığı, bizim üçün fərq etmir”

"Sumqayıt"ın yarımmüdafiəçisi Murata Masaki açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı legioner öncə Premyer Liqanın 15-ci turunun "Turan Tovuz"la matçını (2:2) dəyərləndirib.

Yaponiyalı orta xətt oyunçusu ikinci hissədə yaxşı oynamadıqlarını bildirib:

"Bizim üçün yaxşı ilk hissə oldu. Təsəvvür edin, ilk yarıda hesabda 2:0 öndəydik.

Bunu yaxşı nəticə saymaq olardı. Fasilədən sonra isə rəqib temp yüksəltdi.

Uzun toplarla çıxmağa çalışdılar. Sanki biz buna hazır deyildik.

İkinci hissə haqqında yaxşı sözlər deyə bilmərəm. Biz ikinci yarıda öz oyunumuzu demək olar ki, oynaya bilmədik".​

Murata növbəti turda qarşılaşacaqları "Qarabağ" haqda da danışıb. O, meydana qələbə üçün çıxacaqlarını bildirib:

"Növbəti turdakı rəqibimiz "Qarabağ"dır. Açığı, bizim üçün hansı komandaya oynamağımız fərq etmir.

Meydana qələbə üçün çıxacağıq. Əlimizdən gələni etmək istəyirik.

Avrokuboklara yollanmaq məsələsinə gəlincə, mövsüm uzundur, hələ qarşıda çox matçlarımız var.

Hər halda 6-7 ay sonra buna aydınlıq gələcək. Ona görə, indidən bu haqda bir şey demək olmaz.

Biz sadəcə hər oyuna hazırlaşırıq, uğurlu nəticə qazanmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"