"Neftçi"nin əlində bu imkan var, hər şeyə hazır olmalıyıq"

17 Oktyabr 2021 14:00 Sumqayıt 943
"Neftçi"nin əlində bu imkan var, hər şeyə hazır olmalıyıq"

"Öncə Samir Abasovu çempionluq münasibətilə təbrik edirəm. Neçə ildən sonra gəlib, "Neftçi"ni çempion etdi.

Bir yerli məşqçi kimi buna sevinmək lazımdır. Bəzən 1-2 məğlubiyyətdən sonra yerli məşqçilərin üstünə çox gedirlər. Dəstək olmaq lazımdır".

Bunu Sportinfo.az-a açıqlamasında bu gün qarşılaşacaqları "Neftçi" ilə matç haqqında danışan "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasov deyib.

Gənc çalışdırıcı rəqibin güclü heyətə sahib olmasını önə çəkib: "Neftçi" hər zaman çempionluğa oynayan komandadır. Hər zaman gərgin oyunlarımız keçir. Hazırlığımız yaxşı keçib.

Biz hazırlığımızı hansısa rəqibə görə etmirik. Bütün rəqiblərə eyni baxırıq. "Neftçi"nin gücü bəllidir. Heyətdə çoxlu rotasiya edə bilirlər. Əllərində bu imkan var. Hər şeyə hazır olmalıyıq".

Abbasov bütün çətinliklərə rəğmən komandasına ümidinin böyük olduğunu qeyd edib:

"Milli komandaya görə yaranmış fasilədən sonra "Neftçi" ilə oynamağımızda mənfi nəsə görmürəm. Hazırlaşmaq üçün 3 gün vaxtımız olub.

Oyuna köklənməyə çalışmışıq. Evdə oynayacağıq. Hər zaman bizi dəstəkləyən zarkeşlərimizi sevindirmək istəyirik. Çətinliklər olsa da komandamızın potensialı var. Yaxşı nəticə üçün ümidimiz böyükdür".

"Sumqayıt" - "Neftçi" qarşılaşması bu gün, 16:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti