“Sumqayıt” uğur qazansın, mənim ehtiyatda qalmağımla heç nə olmaz"

4 Oktyabr 2021 15:00 Sumqayıt 728
“Sumqayıt” uğur qazansın, mənim ehtiyatda qalmağımla heç nə olmaz"

"Açığı, bir neçə gündür ayağımda ağrılar var. Bu dəqiqə həkimdən gəlirəm.

Öncəki oyunlarda meydana çıxmamağımla bağlı bir söz deyə bilmərəm. Baş məşqçinin qərarıdır, hörmətlə yanaşıram”.

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Sportinfo.az-a açıqlamasında ehtiyatda qalması ilə bağlı danışarkən deyib.

Premyer Liqanın startından bu yana 6 tur geridə qalsa da, daim əsas heyət üzvü sayılan 33 yaşlı müdafiəçi rəsmi matçlarda 1 dəqiqə də olsun şans qazanmayıb.

Belədə ağla iki ehtimal gəlir: ya Hüseynov oynamağa hazır deyil, ya da baş məşqçi ilə aralarında hansısa problem yaşanır.

Vurğunun məsələyə münasibəti belə oldu: “Ayxan müəllimlə münasibətlərimiz qaydasındadır. Oynamağıma gəlincə, yəqin ki, baş məşqçi belə məsləhət görür.

Uşaq deyiləm ki, təcrübəli futbolçuyam. Oynadım, ya oynamadım – fərq etməz. Əsas odur komandanın yanındayam. Nə vaxt şans verilsə, çıxıb oynayacam. “Sumqayıt” uğur qazansın, mənim ehtiyatda qalmağımla heç nə olmaz”.

Digər Xəbərlər
Xəbər Lenti