“Top “Sumqayıt”ın qapısından keçmək istəmədi, soyuqqanlılıq çatmadı”

26 İyul 2021 22:00 Sumqayıt 745
“Top “Sumqayıt”ın qapısından keçmək istəmədi, soyuqqanlılıq çatmadı”

"Sumqayıt"la oyunda qol imkanlarını əldən verdiyimiz üçün təəssüflənirik.

Hesab edirəm ki, qələbəyə layiq idik.

Çünki oyuna biz nəzarət edirdik. Topun qapıdan keçmədiyi matçlardan biri oldu".

Sportinfo.az xəbər verir ki bu fikirləri Serbiya "Çukariçki"sinin futbolçusu Nikola Çoliç klubun rəsmi saytına açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisindən daha yaxşı kollektiv olduqlarını bildirib:

"Sadəcə, bunu meydanda sübut etmək lazımdır. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı.

Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti