"Qarabağ"a xəbər etdi: "Heç kim uduzmaq istəmir"

27 Aprel 2021 22:40 Sumqayıt 872
"Qarabağ"a xəbər etdi: "Heç kim uduzmaq istəmir"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan kubokunun təkrar oyunu ilə bağlı fikirlərini bildirib.

O, deyib ki, hazırda komandada ab-hava yaxşıdır:

“Sumqayıtda keçən oyunda qolsuz heç-heçə oldu. Cavab matçından əvvəl "Zirə" ilə Premyer Liqada ağır oyun keçirdik. Qısa zaman kəsiyində "Qarabağ"la oyuna hazırlaşmalı oluruq. Cavab görüşüdür. Əlbəttə, meydana qələbə üçün çıxacağıq”.

E.Bədəlov "Qarabağ"la ilk oyundan (0:0) sonra söz-söhbətə səbəb olan sərt oyun barədə də danışıb:

"Futboldur, belə şeylər olur. Heç kim uduzmaq istəmir. Vaxta az qalıb, komandalar maksimum nəticə əldə etmək istəyir. Təbii ki, heç birimiz istəmərik ki, hansına oyunçu zədələnsin.

Həmişə meydanda qaydalar çərçivəsində oynamağa çalışırıq. Dediyim kimi futboldur. Meydanda olan meydanda da qalır. Hər kəsə uğurlar arzu edirəm" (qol.az).

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” cavab oyunu aprelin 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır