"Sumqayıt" Qəbələyə 3 əskiklə getdi - PLAN DƏYİŞDİ

24 Fevral 2021 19:00 Sumqayıt 790
"Sumqayıt" Qəbələyə 3 əskiklə getdi - PLAN DƏYİŞDİ

Premyer Liqanın 17-ci turu çərçivəsində sabah «Qəbələ»nin qonağı olacaq «Sumqayıt» bu gün eyniadlı rayona yola düşüb.

Amma öncədən nəzərdə tutulmuş plan əsasında yox.

Komanda qar üzündən səhər Sumqayıtda toplaşa bilməyib. Bakıda bir araya gələn futbolçular yalnız günorta saatlarında Qəbələyə doğru istiqamət alıb.

Düşərgədə 3 nəfər yer almayıb. Zədəsim sağalmayan Vurğun Hüseynov, Tellur Mütəllimov və Cabir Əmirli bölgəyə aparılmayıb.

«Qarabağ»la matçda sıradan çıxan Höccət Haqverdinin durumuna isə həkimlər qərar verəcək. Əgər iranlı müdafiəçi özünü yaxşı hiss etsə, Ayxan Abbasova ona heyətdə yer verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu