Barselonaya vəsiqə uğrunda son döyüş - VİDEO

8 Avqust 23:10 Sportinfo TV 119
Barselonaya vəsiqə uğrunda son döyüş - VİDEO

"Yay Mövsümü" minifutbol turniri həlledici mərhələyə çatıb.

Gərgin mübarizələrlə yadda qalan yarışda finala yüksələn komandalar müəyyənləşib.

Sabah baş tutacaq həlledici görüşdə "Buxar" və "Xilə" çempionluq uğrunda üz-üzə gələcək.

Hər iki kollektiv finala qədər uğurlu çıxışı ilə diqqət çəkərək həlledici matça vəsiqə qazanıb.

Qarşılaşmanın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

Turnirin qalibi Azərbaycanı Avropa Minifutbol Federasiyasının təşkil etdiyi Barselonadakı "Euro Cup" turnirində təmsil etmək hüququ əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!