Qusarlı azarkeşlərin çempionluq matçına möhtəşəm hazırlığı bu VİDEOda

4 May 15:40 Sportinfo TV 673
Qusarlı azarkeşlərin çempionluq matçına möhtəşəm hazırlığı bu VİDEOda

Bu gün II Liqada 24-cü turun mərkəzi qarşılaşması keçirilir.

Hazırda ikinci sırda yer alan "Şəfa" Bakıda lider "Şahdağ Qusar"ı qəbul edəcək.

Çempionluq yolunda meydan sahiblərini yalnız qələbə qane edir.

Hazırda 3 xal öndə olan "Şahdağ" üçün bərabərlikdə qənaətbəxş sayılacaq.

Amma qusarlı fanatlar matça qələbə əhval-ruhiyyəsində hazırlaşıb.

Çox sayda avtobus klubun atributları ilə silahlanmış təxminən 600 nəfər qusarlı azarkeşi paytaxta gətirmək üçün yola çıxıb.

Fanatlar öncə Qusarın mərkəzində bir araya gəlib, bəstələr oxuyub, ardınca yüksək motivasiya ilə səfərə çıxıblar.

Möhtəşəm anlara aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu