İlkin Fikrətoğlu hazırladı: Azərbaycan futbolunun "professor"u - VİDEOSÜJET

11 May 2023 19:40 Sportinfo TV 1 986
İlkin Fikrətoğlu hazırladı: Azərbaycan futbolunun "professor"u - VİDEOSÜJET

Mayın 10-da Azərbaycan millisinin sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanovun doğum günü idi.

Veteran yarımmüdafiəçinin 50 yaşı tamam olub.

Peşəkar karyerasına "Kəpəz"də başlayan veteran yarımmüdafiəçi "Neftçi", "Şəmkir", "Xəzər Lənkəran", "İnter", "Bakı" və "Sumqayıt"ın, eləcə də İranda "Fulad" və Ukraynada "Tavriya"nın formalarını geyinib.

"Professor" ləqəbli keçmiş futbolçu 11 qat Azərbaycan çempionudur.

Qurbanov məşqçi kimi isə yeganə uğuruna I Divizionda "Neftçi-2"yə qızıl medallar qazandırmaqla nail olub. 2020/2021 mövsümündə aşağı dəstədə çempionluq sevinci yaşayıb.

2022/2023 mövsümünün əvvəlində sükanı arxasına keçdiyi "dənizçilər"lə cəmi 6 aydan sonra vidalaşıb. Qurbanov daha əvvəl "Kəpəz"ə də rəhbərlik edib.

Azərbaycan millisində Berti Foqts və Robert Prosineçki kimi mütəxəssislərin köməkçisi olub.

Futbol oynadığı dövrdə "professor" ləqəbini almış, 11 dəfə Azərbaycan çempionluğunu qazanmaqla əlçatmaz rekorda imza atan yubilyar haqqında Sportinfo TV-nin redaktoru İlkin Fikrətoğlu videosüjet hazırlayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti