“Türkiyə bütün imkanlarıyla Azərbaycanın yanındadır”

29 Noyabr 2020 23:50 Sizdən Bizə 526
“Türkiyə bütün imkanlarıyla Azərbaycanın yanındadır”

“Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin tətbiqinə nəzarət etmək məqsədilə Rusiya və Türkiyənin Dağlıq Qarabağda yaradılacaq ortaq mərkəzinin quruluşu və vəzifələrinə dair texniki detallarla bağlı müzakirələr davam edir”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bildirib.

O, Azərbaycanın işğaldan azad olunan torpaqlarının minalardan təmizlənməsi işlərindən danışaraq, dekabrın 1-də Laçın rayonunun işğaldan azad ediləcəyini xatırladıb.

“Türkiyə Azərbaycan türkünün haqlı mübarizəsində bütün imkanlarıyla onun yanındadır”, - deyə Kara bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"