“Türkiyə Qarabağda həm masada, həm də meydandadır”

13 Noyabr 2020 01:10 Sizdən Bizə 494
“Türkiyə Qarabağda həm masada, həm də meydandadır”

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı “oldu bitdi” müzakirə mövzusu deyil”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisinə gəlməyəcəyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"