Eks prezident "feysbuk"da Azərbaycana dair paylaşım etdi

10 Noyabr 2020 18:20 Sizdən Bizə 1 079
Eks prezident "feysbuk"da Azərbaycana dair paylaşım etdi

"İnter"in (hazırkı "Keşlə" - T.Q) sabiq prezidenti Georgi Nikolov Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, bolqarıstanlı funksioner bu barədə "feysbuk" hesabındakı paylaşımında bildirib.

"Qələbən mübarəkdir, Azərbaycan! Xalqınız üçün sülh və firavanlıq arzulayıram!", - Nikolov yazıb.

Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub. Onun dövründə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"