Sabiq "Qarabağ"lı: "Əgər mənə Azərbaycandan təklif gəlsə..."

22 İyul 2023 07:40 Sizdən Bizə 4 090
Sabiq "Qarabağ"lı: "Əgər mənə Azərbaycandan təklif gəlsə..."

Sportinfo.az xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycana qayıtmaq istəyir.

Son dəfə "Zirə"də oynamış haitili sportal.az-a açıqlamasında özünə komanda axtardığını və Azərbaycan Premyer Liqasında oynamağa müsbət yanaşdığını söyləyib:

"İndi azad agentəm. Kiprdən bir klubdan xəbər gözləyirəm. Oradan təklifim var.

Amma yekun qərarımı verməmişəm. Əgər mənə Azərbaycandan təklif gəlsə, təbii ki, ora qayıtmağa şad olardım.

Lakin heç bir maraq yoxdur. Futbol həyatıdır da, özünüz də bilirsiz, belə anlar olur.

Adım "Səbail" və "Sumqayıt"la hallansa da, onlardan heç bir təklif almamışam".

Digər Xəbərlər
Xəbər Lenti