"Bakıda çox gözəl idman infrastrukturu mövcuddur"

17 Dekabr 2025 03:20 Sizdən Bizə 1 428
"Bakıda çox gözəl idman infrastrukturu mövcuddur"

"Bakıda çox gözəl idman infrastrukturu mövcuddur".

Sportinfo.az xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb:

"Bakını "Dünya İdman Paytaxtı" elan edən rəsmi çərçivəni Monakodan bura gətirdik. Paytaxtınızda çox gözəl idman infrastrukturunun olduğunu bilirik.

Bakı daha əvvəl bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Bu yarışların hər birinin yüksək səviyyədə keçdiyini çox yaxşı xatırlayırıq".

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"