“Azərbaycanda işləyərkən gördüm ki...” - Buradan gedən xarici ilə MÜSAHİBƏ

01:10 Sizdən Bizə 75
“Azərbaycanda işləyərkən gördüm ki...” - Buradan gedən xarici ilə MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin xorvatiyalı sabiq baş məşqçisi Nikola Yurçeviç futbolinfo.az-ın suallarını cavablandırıb.

– Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:2, Fransaya 1:3 hesabı ilə uduzdu. Matçları izlədinizmi?

– İzləmədim, amma bilirəm ki, Azərbaycan millisi çox yaxşıdır. İslandiyaya qarşı daha yaxşı nəticə üçün şans var idi, amma rəqib fiziki cəhətdən daha güclü çıxdı. Avropanın önəmli çempionatlarında oynayan çoxlu oyunçuları var. Azərbaycan komandası üçün belə rəqiblə oynamaq çətindir. Fransaya qarşı şansınız yoxdur. 1:3 hesabına görə sevinməlisiniz. Onlar dünya səviyyəlidirlər, hətta ikinci heyətlə oynasalar belə…

– Sizcə, yığmamız niyə nəticə qazana bilmir?

– Azərbaycan üçün irəliləyiş çox çətindir. Çünki millinin 90 faiz futbolçuları yerli çempionatda çıxış edir. Avropa çempionatları ilə müqayisədə ritm və keyfiyyət orada fərqlidir. Azərbaycan klublarının ən yaxşı futbolçuları əcnəbilərdir. Gənc oyunçuların yetişməsi üçün də illər lazımdır.

– Amma gənclərdən ibarət millilərimiz də yaxşı nəticələr qazana bilmir…

– Bu da problemdir. Azərbaycanın gənc milli komandaları demək olar ki, tskildə bütün oyunları uduzurlar. Yeni futbolçu nəsli yetişdirmək lazımdır. Bunun üçün küçələrdə meydançalara, məktəb və akademiyalara, yeni strategiyaya ehtiyacınız var.

– Artıq yığmanı yerli məşqçi çalışdırır. Sizcə, bu, nəticələrə təsir edəcək?

– Orada işləyərkən bütün medianın yelri məşqçi istədiyini gördüm. Amma əsas keyfiyyətli olmaqdır. Yerli məşqçi üçün də çətin olacaq. İndi şans var. Millətlər Liqası D qrupunu birinci yerdə tamamlamaq mümkündür. Çünki Azərbaycan millisi ordakı komandalardan yaxşıdır.

– Komandamızda demək olar ki, sizin işlədiyiniz zamanla müqayisədə heyət dəyişib. Bunu necə dəyərləndirirsiz?

– Mən indiki oyunçuları şəxsən tanımıram. Amma əvvəldə də dediyim kimi, futbolçular Avropanın aparıcı və ortabab çempionatlarına getməlidirlər. Minumum 10 oyunçu qitənin müxtəlif liqalarında oynamalıdır. Bundan sonra yaxşı nəticələr əldə etmək mümkündür. Azərbaycana uğurlar arzu edirəm və məni tanıyan hər kəsə salam göndərirəm. Bakı və Azərbaycanla bağlı çox xoş xatirələrim var. Bu komanda ilə irəliləmək üçün yaxşı yolda idim.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!
20 Noyabr 03:20 Jalə qızıla sahibləndi