“Qarabağ” bu xəbəri diqqətdən qaçırmasın! "Ayaks"a görə Bakıya axın olacaq

16 Noyabr 22:30 Sizdən Bizə 1 438
“Qarabağ” bu xəbəri diqqətdən qaçırmasın! "Ayaks"a görə Bakıya axın olacaq

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq "Ayak"ı Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.

Sportinfo.az "ajaxlife" saytına istinadən xəbər verir ki, Niderland klubunun fanatları üçün 1970 bilet ayrılıb.

Azərbaycan səfərinə isə 1443 azarkeşin gələcəyi bildrilib. Bu isə ötən mövsüm "Ayaks"la "Qarabağ"ın Bakıdakı oyunundakından xeyi çoxdur.

Ötən ilin oktyabrında Avropa Liqasının Liqa mərhələsində keçirilən "Qarabağ" - "Ayaks" matçında (0:3) rəqib komandanın 450 azarkeşi olub.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!