Say məlumdur - 10 jurnalist, 50 azarkeş

11 Noyabr 2025 21:20 Sizdən Bizə 1 494
Say məlumdur - 10 jurnalist, 50 azarkeş

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək İslandiya seçməsi artıq Bakıdadır.

Ada təmsilçisi işini ehtiyatlı tutaraq ölkəmizə oyundan 2 gün əvvəl gəlməyi vacib bilib.

Lakin azarkeşlərlə jurnalistlər qarşılaşmadan bir gün əvvəl gələcək.

Oyunu işıqlandırmaq üçün İslandiyadan 10 jurnalist akkreditasiyadan keçib.

Qonaq sektorda yerini tutacaq qonaq azarkeşlərin sayı da məlumdur. Qarşı tərəfdən AFFA-ya edilən müraciətdə 50 nəfər üçün yer istənilib. 5 aşağı, 5 yuxarı, təxminən bu civarda olacaqlar.

Noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"