Fransızlar təxminən 50 nəfərlə gəlirlər – İndiyə qədər belə hal yaşanmayıb

10 Noyabr 2025 19:40 Sizdən Bizə 1 551
Fransızlar təxminən 50 nəfərlə gəlirlər – İndiyə qədər belə hal yaşanmayıb

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyunlara hazırlaşır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv noyabrın 13-də İslandiya, 3 gün sonra Fransa yığmalarını qəbul edəcək.

Fransa mətbuatı məlum qarşılaşmaya kifayət qədər maraq ayırıb.

Bizdə olan məlumata görə, Mbappenin vətənindən ölkəmizə 50-yə yaxın jurnalist təşrif buyuracaq. Heyətdə qəzet, sayt, radio və televiziya əməkdaşları yer alacaq.

Sonuncu dəfə bir ölkədən Azərbaycana bu sayda media mənsubunun gəldiyini, açığı, xatırlamırıq.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"