Türkiyənin üç böyük klubu Azərbaycan xalqını təbrik etdi - FOTO

10 Noyabr 2025 11:20 Sizdən Bizə 1 069
Türkiyənin üç böyük klubu Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyənin 3 böyük klubu - “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray” sosial şəbəkə hesablarında xüsusi paylaşım edib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçiləri Azərbaycan xalqına 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar.

Klubların paylaşımında Azərbaycan bayrağına, Zəfər Gününün önəminə və Azərbaycan-Türkiyə qardaşlığına toxunulub.

Bu təbriklər həm də iki ölkə arasında daha böyük, daha parlaq və möhkəm birliyin növbəti real təzahürü kimi qiymətləndirilir.

Türkiyənin üç nəhəng futbol klubunun Azərbaycan xalqına ünvanladığı bu təbriklər, qardaşlığın bu gün də, hər zaman da canlı və sarsılmaz olduğunu bir daha ortaya qoyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət