"Mançester Yunayted" fanatı olan Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı seçdi - VİDEO

20:10 Sizdən Bizə 144
"Mançester Yunayted" fanatı olan Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı seçdi - VİDEO

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Çempionlar Liqasının 4-cü turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) görüşündə Ağdam təmsilçisini dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşım edib. Ferqus Auld yazıb:

"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm. Oyunçu aparsın!".

Sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti