Bəhanə etməyin, “Qarabağ”a baxın! - Öz klublarına irad tutdular

3 Oktyabr 2025 14:20 Sizdən Bizə 2 318
Bəhanə etməyin, “Qarabağ”a baxın! - Öz klublarına irad tutdular

Sportinfo.az xəbər verir ki, Qazaxıstan mətbuatı “Qarabağ”ın Çempionlar Liqasındakı ardıcıl qələbələrini ölkəni bu turnirdə təmsil edən “Kayrat”a örnək göstərib.

Totalnı Futbol KZ” “Telegram” kanalında qeyd olunur ki, “Qarabağ”ın ötən gecə göstərdiyi parlaq oyunla “Kayrat”ın “Kopenhagen”lə keçirəcəyi matçın nəticəsi müqayisə ediləcək.

Bildirilir ki, Ağdam təmsilçisinin dünən Bakıda “Kopenhagen” üzərində qazandığı qələbə Qazaxıstan mətbuatında “Kayrat” rəhbərliyinin “biz layiqincə oynadıq, amma uduzduq” kimi açıqlamalarına bəhanə yeri qoymur.

Çempionlar Liqasında Qazaxıstanı təmsil edən “Kayrat” noyabrın 26-da Danimarkanın “Parken” stadionunda “Kopenhagen”lə üz-üzə gələcək.

“Kayrat” 3 gün əvvəl “Real Madrid”ə 0:5 hesabı ilə məğlub olub. Ondan qabaq isə Portuqaliyada “Sportinq”ə yeniliblər - 1:5.

Qazaxıstan mətbuatı

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"