Qardaşı “Kopenhagen”də oynayan məşhur “Qarabağ”lı: “Ola bilsin ki, Bakıya gəldim”

29 Sentyabr 2025 01:10 Sizdən Bizə 1 184
Qardaşı “Kopenhagen”də oynayan məşhur “Qarabağ”lı: “Ola bilsin ki, Bakıya gəldim”

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Tarik Elyunissi sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, norveçli veteran futbolçu Ağdam təmsilçisinin Çempionlar Liqasındakı uğurlu çıxışından danışıb.

Bununla yanaşı, o, ÇL-in 2-ci turunda "Kopenhagen"lə qarşılaşmasından gözləntilərini bildirib:

"Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qələbə ilə başlaması həqiqətən yaxşı nəticədir. "Benfika" kimi komandanı məğlub etdilər.

Bu da komandada işin ən yaxşı şəkildə getməsinin göstəricidir. "Benfika" ilə görüşdə qeydə alınana qələbə effektiv və təsiredicidir.

Qarşıdakı turda "Kopenhagen"lə matçları var. Yaxşı oyun olacağı dəqiqdir. Düzünü deyim, səbirsizliklə o görüşü gözləyirəm.

Mənim üçün olduqca maraqlı matçdır. Ola bilsin ki, həmin oyuna görə Bakıya gəldim və stadiondan canlə izlədim".

Elyunissi “Fredrikstad”, “Herenven”, “Lillestrom”, “Rosenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK və “Şonan Bellmare” klublarında çıxış edib. O, 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinib. Ə

Tarikin əmisioğlu Mohammed Elyunissi də "Kopenahagen"in aparıcı üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır