"Əgər mən Azərbaycanı uda bilməsəydim, dərhal millidən gedirdim"

12 Sentyabr 10:40 Sizdən Bizə 797
"Əgər mən Azərbaycanı uda bilməsəydim, dərhal millidən gedirdim"

Ukrayna millisinin sabiq hücumçusu Viktor Leonenko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis 1:1 hesabını biabırçılıq adlandırıb.

O, nəticəyə baxmayaraq, millimizin həvəskar rəqib olduğunu düşünür: “Artıq həvəskarlarla oyunlarda da qol vəziyyəti yarada bilmirik.

Azərbaycan millisinin bir futbolçusu “Çayka”da, digəri tələbələr yığmasında oynayıb. Amma biz onlara da qalib gələ bilmirik.

Futbolçularımızın meydanda gəzərək oynamasına artıq öyrəşmişik. Əgər mən Azərbaycanı uda bilməsəydim, dərhal millidən gedirdim.

Çünki bu, biabırçılıqdır. Bizim bütün oyunçularımız içi boş pirojkilərdir. 74 faiz topa nəzarət etdilər, amma epizod yaratmadılar”.

Leonenkonun fikrincə, tribunalarda az azarkeşin olması azərbaycanlı futbolçuların zəifliyindən qaynaqlanır:

“Gördünüz, stadionda nə qədər tamaşaçı var idi? Bizim veteranların oyununa daha çox adam gəlir.

Çünki orada ulduzlar var! “Çayka”da oynamış futbolçuya kim baxmağa gedər?

Düşünürdüm ki, bəxtimiz gətirəcək – ya kimsə topu öz qapısına vuracaq, ya standart vəziyyətdən qol olacaq, ya da rəqib müdafiəçi səhv edəcək.

Amma heç biri olmadı. Azərbaycanı uda bilmiriksə, deməli, biz bu qədər “güclüyük”. Onlar qaçır, çalışır, can qoyurlar, bizimkilər isə piyada gəzirlər”.

İlk iki turdan sonra D qrupunda Fransanın 6, İslandiyanın 3, Ukrayna və Azərbaycanın isə 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR