
Azərbaycan millisinin oyunçusu Coşqun Diniyev “Çorum”dan ayrılıb.
29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
I Liqa təmsilçisi Coşquna təşəkkür edib və karyerasında uğurlar arzulayıb.
Türkiyəli azarkeşlərin klubun sosial şəbəkə hesabında edilən paylaşıma reaksiyası müsbət olmayıb. Onlar Coşqunun ayrılıq xəbərini qəzəblə qarşılayıb, rəhbərliyin doğru addım atmadığını qeyd edib.
“Zarqo Tureylə bu adamın getməsi yanlış qərardır”.
“Sənin üçün darıxacağıq, baba”.
“Bu adam Super Liqa səviyyəsindəykən, hansı ağılla müqaviləyə xitam verdiniz? Bu baş məşqçi ilə Super Liqa olmayacaq.
“Yolun açıq olsun, Diniyev. Adam kimi adam”.
“Diniyevdən yaxşısını gətirə bilməsəniz, nəsə gözləməyə dəyməz”.
“Kim getsə də, Diniyev qalmalıydı. Meydanda ürəyini qoyan oyunçuydu”.
“Geraldo ilə Arakanın qaldığı komandada sənin gediş səbəbin çox düşündürücür. Uğurlar olsun”.
“Adam Azərbaycan millisinin oyunçusudur. Siz nə edirsiniz? Bu baş məşqçi ilə yükü qaldırmaq mümkün olmayacaq. İndidən deyirəm, yazın bir yerə”.
“Diniyevi göndərməklə heç nə düzələn deyil. Baş məşqçi tapmaq lazımdır”.
Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu bu ilin fevralından may ayına qədər “Çorum”un heyətində 12 matçın iştirakçısı olmaqla 2 qola imzasını yazdırmışdı.
HƏBİB / SPORTİNFO.AZ