Azərbaycandan təklif alan braziliyalı nə seçim etdi?

13 İyul 2025 18:10 Sizdən Bizə 1 512
Azərbaycandan təklif alan braziliyalı nə seçim etdi?

Azərbaycandan təklif alan Joze Qabriel dos Santos Silva (Ze Qabriel) gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi ölkəsində qalmağı üstün tutub.

Azərbaycanın adı açıqlanmayan klubundan təklif aldığı deyilən “Krisiuma”nın oyunçusu bu klubla yeni müqavilə bağlayacaq.

Ölkəmizdən gələn təklifi rədd edən futbolçu sözləşmə müddətini uzatmaqla bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Bu ilin aprelində Braziliyanın B Seriyası klubu ilə 3 aylıq müqavilə imzalayan “İnternasional”ın yetirməsinin çıxışı məşqçilər korpusunu məmnun etdiyi üçün onunla əməkdaşlıq davam etdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"