İlham Əliyevi Azərbaycan millisinin dünya çempionu olması münasibətilə təbrik etdi - VİDEO

3 İyul 00:50 Sizdən Bizə 894
İlham Əliyevi Azərbaycan millisinin dünya çempionu olması münasibətilə təbrik etdi - VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.

"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.

Daha əvvəl Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu