Son transfer: “Komandama bütün gücümlə kömək etmək istəyirəm”

23 İyun 01:10 Sizdən Bizə 840
Son transfer: “Komandama bütün gücümlə kömək etmək istəyirəm”

Konfrans Liqasında “Araz-Naxçıvan”la qarşılaşacaq “Aris”in yeni transferi Tasos Donis keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu seçimində Yunanıstan klubunun avrokuboklarda iştirakının mühüm rol oynadığını bildirib.

Sabiq “Yuventus”lu Konfrans Liqasında mümkün qədər irəliləməyə çalışacaqlarını söyləyib:

“Böyük və tarixi kluba gəlmişəm. Komandama iştirak edəcəyi turnirlərdə bütün gücümlə kömək etmək istəyirəm.

Yeni mövsümlə bağlı hədəflərimiz böyükdür. İstər çempionatda, istər kubokda, istərsə də Konfrans Liqasında uğurlu nəticələrlə azarkeşləri sevindirməyə çalışacağıq.

Xüsusən də Konfrans Liqasında rəqibin kimliyindən asılı olmayaraq, əlimizdən gələni edəcəyik”.

“Araz-Naxçıvan”la “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə ayın 31-də Salonikidə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti