Məşhur hücumçu Azərbaycanın bu klubunu TANIMIR

08:40 Sizdən Bizə 574
Məşhur hücumçu Azərbaycanın bu klubunu TANIMIR

Yunanıstan millisinin keçmiş futbolçusu, karyerası ərzində ölkəsində "Panatinaikos", Almaniyada "Bayer" (Leverkuzen), "Herta" (Berlin), "Ayntraxt", İspaniyada "Levante", həmçinin Türkiyədə "Konyaspor", "Əskişəhərspor", "Akhisar Bələdiyyəspor" və "Sivasspor" kimi komandalarda çıxış etmiş Teofanis Gekas Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan" və "Aris" arasında keçiriləcək oyunlar haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, veteran hücumçu AZƏRTAC-a açıqlamasında püşkatmanın nəticəsini və komandaların şanslarını dəyərləndirib.

O, azarkeşlərin 2 maraqlı oyuna şahidlik edəcəklərini bildirib:

"Püşkatma dünən olub. Buna görə də "Araz-Naxçıvan" barədə məlumatım yoxdur.

Çətin matç olacaq. Hansı komanda diqqətli olsa və az səhv etsə, mərhələni adlayacaq. "Aris"in ev oyunlarında yaxşı atmosfer olur. Bu da onlar üçün əlavə üstünlük deməkdir".

45 yaşlı veteran futbolçu Azərbaycanda idmana, xüsusilə futbola böyük sərmayə qoyulduğunu söyləyib: "Bu da inkişaf üçün atılmış mühüm addımlardan biridir".

Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk matçı evdə, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti