Fatim Terim hesab edir ki, müasir futbolda uğur qazanmaq üçün 60-dan çox oyun keçirmək lazımdır.
Sportinfo.az xəbər verir ki, bu haqda 71 yaşlı mütəxəssis İzmir şəhərində təşkil olunan tətbirdə bildirib.
Türk futbolunun bugünkü durumunu tənqid edən “İmperator” ləqəbli mütəxəssis bildirib: “Topun dirəyə dəyməsinin sevinc gətirdiyi tək ölkə bizik. Top 10 santimetrdən üç dəfə dirəyə dəyirsə, bu, bəxtsizlik yox, bacarıqsızlıqdır”.
O, həmçinin komandaların çox oyun keçirməsinin vacibliyindən də danışıb. Məlumdur ki, hazırda bir sıra ölkələrin, o cümlədən Azərbaycan həm yerli, həm beynəlalq miqyasda az oyun keçirirlər.
Fatih Terim buna Türkiyə aspektindən baxaraq deyib: "Uğur qazanmaq istəyirsənsə, 60-dan az oyun keçirməyəcəksən (mövsüm ərzində).
Üç gündən bir matç oynanıla bilər, oynanılmalıdır da. Əgər oynanmırsa, deməli, yanvardan o tərəfə qala bilmirsən.
Bu da o deməkdir ki, sən Avropada yoxsan. Biz özümüz-özümüzlə çox oynaya bilərik. Əsas məsələ Avropada qalmaqdır”.