“Ürəyim ağrayır, klubun dağıldığını eşidəndə çox məyus oldum, inana bilmədim”

23 Yanvar 20:20 Sizdən Bizə 2 126
“Ürəyim ağrayır, klubun dağıldığını eşidəndə çox məyus oldum, inana bilmədim”

“Bakı”ya görə ürəyim ağrayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bakı”nın sabiq legioneri Ernad Skuliç deyib.

2008-2012-ci illərdə “zolaqlılar”ın formasını geyinmiş xorvatiyalı yarımmüdafiəçi paytaxt klubunun fəaliyyətini dayandırmasına təəssüfləndiyini bildirib:

“Hafiz Məmmədova, yerlə bir edilən akademiyaya, arzuları ürəyində qalan uşaq futbolçulara görə pis oldum. Hamısına, hamısına...

Həmin vaxt əsas və uşaq komandalarında kifayət qədər bacarıqlı uşaqlar var idi. Aqil Məmmədov, Rəhman Hacıyev, Nurlan Novruzov, Namiq Ələsgərov, Şəhriyar Əliyev və unutduğum digərləri.

“Bakı” dağılmasaydı, öz yetirmələrinin hesabına rahatlıqla çempionluq uğrunda mübarizə aparacaqdı. “Bakı”nın dağıldığını eşidəndə çox məyus olmuşdum. İnana bilmirdim”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!